Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-05-2023 , 19:19

1594

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Bələdiyyə sədri:  “Qəbirstanlıqların saxlanması üçün büdcədən əlavə vəsait ayrılmış olsaydı...."

“Biləsuvar şəhərindəki xristian qəbirstanlığında bələdiyyə qulluqçularının və şəhər sakinlərinin, habelə  könüllülərin iştirakıyla  iməcilik təşkil edilib”- bu fikirləri Belediyye.infoya  adıçəkilən bələdiyyənin sədri İlqar Abbasov bildirib. 

Əsas məqsədimiz ərazidə  təmizliyin yaradılmasıdır. Bundan əvvəl isə belə bir iməcilik şəhərdəki müsəlman qəbirstanlığında təşkil edilmişdir.

Ərazilərdə görülən işlərin hər biri daxili imkanlar hesabına həyata keçirilir.  

“Lakin bu qəbirstanlıqların heç biri bələdiyyənin balansına təhvil verilməyib”-bu fikirləri də bələdiyyənin sədri bildirib. 

Sədrin sözlərinə görə, qəbirstanlıqların saxlanması üçün büdcədən vəsait ayrılmış olsaydı maliyyə çətinliyi ilə üzbəüz qalan bələdiyyənin üzərinə əlavə yük düşməzdi.  

Hər iki qəbirstanlıqda göz oxşayan gül kolları və ağaclar əkilərək qulluq göstərilməkdədir. Bununla yanaşı ərazinin müəyyən hissələrinə çınqıl tökülərək yayılmışdır.

Ərazinin torpağı qəbirstanlıq reyestri ilə birlikdə bələdiyyənin mülkiyyətinə verilməsi ümumi işə təkan  vermiş olardı.

Düşünmək olar ki, müvafiq qurumlar bu barədə gec də olsa fikirlərini bildirəcəklər.

Belediyye.info







Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Qəhrəmanlarımızla fəxr edirik!

Region
28-05-2025
447